Bu yaxınlarda aran rayonlardan birinin icra başçısı dəyəri nə az,nə çox düz 1 milyon 500 min manata Bakıda "Milyonerlər məhəlləsi" kimi tanınan Teymur Əliyev küçəsində 3 mərtəbəli dəbdəbəli villa alıb.

Mia.az Vətəninfo.az-a istinadən xəbər verir ki, rayon rəhbəri  1 milyon 500 min manat dəyərində olan villanı alan zaman evin alınmasında ona köməklik edən mənzil alqı-satqısı ilə məğul olan agentlik əməkdaşlarının pulunu verməkdən imtina edib.

Sayt ad çəkməsə də, qeyd edib ki, həmin icra başçısı haqda mətbuatda çoxsaylı tənqidi yazılar da dərc olunub: "Amma bundan da maraqlısı aylıq əmək haqqısı təqribən 1500 manat olan icra başçısı 1 milyon 500 min manatı necə və hansı şəkildə əldə etməsi sayıla bilər".