Dekabrın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bəhreyn Müdafiə Qüvvələrinin Baş komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifəni qəbul edib. 

Nazirlik xəbər verir ki, görüşdə regional hərbi-siyasi vəziyyət, ikitərəfli hərbi əməkdaşlıq və müxtəlif məsələlər barədə fikir mübadiləsi aparılıb.