Aparılan təmir işləri ilə əlaqədar əsas yollardan biri bir həftə ərzində bağlı olacaq.

Bakı Şəhər İcra Hakimiyyətindənverilən məlumata görə, Səməd Vurğun küçəsinin Xaqani küçəsi ilə kəsişməsindən Zərifə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissəsində aparılan təmir işləri ilə əlaqədar olaraq yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Hal-hazırda asflat örtüyünün dəyişdirilməsi üçün hazırlıq işləri gedir (kommunikasiya xətləri dəyişdirilir). Sürücülərə alternativ olaraq Bülbül prospektindən istifadə etmələri tövsiyə olunur. Təmir işlərininin 1 (bir) həftə ərzində yekunlaşdırılması planlaşdırılır.