Tanınmış hüquqşunas Ənnağı Hacıbəyli bu gün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.

Bu barədə Ə.Hacıbəyli "Facebook" xəbər yayıb. O, həbsdə olan vəkil İntiqam Əliyevin işi ilə bağlı istintaqa çağırıldığı ehtimal etdiyini də bildirib.

Qeyd edək ki, Ə.Hacıbəyli AXCP sədri Əli Kərimliylə yaxın qohumdur.