Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu tərəfdarları ilə birgə yaratdıqları "Azərbaycan Demokratiya və Rifah”ın (ADR) gələcək planları barəsində Hafta.az-a açıqlama verib. Q. İbadoğlu bildirib ki, hazırda ADR-lə bağlı ciddi fəaliyyətdədirlər:
"Hazırda Təsis Yığıncağının çağırılması məqsədilə təşkilat komitəsini formalaşdırırıq. Təsis yığıncağı ilə bağlı qərarı isə təşkilat komitəsi verəcək. Təşəbbüs qrupu hərəkatın nizamnaməsini və fəaliyyət proqramı üzərində işləyir. Planlaşdırırıq ki, təsis yığıncağına, tələb olunan sənədlər paketi ilə gedək. Həmin sənədləri də qəbul edəndən sonra fəaliyyətimizi proqram əsasında davam etdirək”.
Q.İbadoğlu hərəkatın ofisi ilə bağlı söylənilənlərə də aydınlıq gətirib:
"Bəli, ofis də olacaq. Hərəkat təsis yığıncağı keçirdikdən sonra ofis axtaracağıq”.