Baş nazir Artur Rasi-zadə mülkiyyətçiləri yaxından maraqlandıran qərar imzalayıb. 

Nazirlər Kabinetindən verilən məlumata görə, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar bələdiyyə mülkiyyətində olan torpaqların dövlətin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı alqı-satqı və ya icarə müqavilələrinin bağlanmasını həyata keçirən orqan qismində yerli icra hakimiyyəti orqanları müəyyən edilib.