Baş nazir Artur Rasizadə "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və "Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edilməsi barədə qərar verib.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
 
Qərara əsasən, Kənd Təsərrüfatı Nazirliyi "Aqrolizinq” ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan kənd təsərrüfatı texnikasına güzəştlərin tətbiq edilməsi barədə müraciətlərin qəbulunu elektron qaydada həyata keçirəcək.