Azərbaycanın baş naziri Artur Rasizadə yeni qərar imzalayıb.

Mia.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, baş nazir "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanunun tətbiqi ilə bağlı bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin əvvəlki qərarında dəyişiklik edib. Dəyişikliyə əsasən, Respublika Talassemiya Mərkəzi sümük iliyi transplantasiyasını aparmaq hüququna malik olacaq.