Paytaxtda daha bir yol bağlanıb.

ANS PRESS-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla verdiyi məlumata görə, Moskva prospektinin 20 yanvar küçəsi ilə kəsişməsindən (Şamaxinka) Bakı-Sumqayıt şossesi istiqamətində yolda hərəkət məhdudlaşdırılır. 

Məhdudiyyətə səbəb adıçəkilən yolda aparılan təmir işləridir. 

Sürücülərə alternativ olaraq Moskva prospekti Əsas yoldan və Asif Məhərrəmov küçəsindən istifadə etmələri tövsiyə olunur.