Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin sabiq rəisi Aydın Bəşirov ölkədən gedib.

A.Bəşirov səhhətində yaranmış problemlərə görə Azərbaycanı tərk etməli olub. Gundeminfo.az sabiq rəisin müalicə üçün Almaniyaya getdiyi xəbərini yayıb.


Bəzi iddialara görə, vəzifəsindən istefaya göndərildikdən bu yana A.Bəşirov səhhətindəki problemlərlə məşğuldur. Onun ölkəyə nə vaxt qayıdacağı açıqlanmayıb.


Aydın Bəşirov Bakının Güzdək kəndində anadan olub, Dənizçilik məktəbində təhsil alıb. Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunu bitirib. Uzaq səfərlər kapitanıdır. Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 19 avqust tarixli fərmanı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi təyin edilib. 2013-cü ildə prezidentin sərəncamı ilə işindən azad olunub.


**** 


Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov müalicə üçün xaricə getməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Sabiq rəis publika.az-a açıqlamasında deyib ki, yayılan məlumatlar tamamilə yalandır: "Hazırda evimdəyəm və sizinlə danışıram. Görürsünüz ki, vəziyyətim də yaxşıdır. Mənə nə olub ki, müalicə olunum? Yalandan nə gəldi yazırlar. Mən ölkədən də heç yerə getməmişəm. Azərbaycan mənim vətənimdir. Vətənimdən nə üçün getməliyəm?”