Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu gün imzaladığı daha bir sərəncam olub.

Sərəncam "Hərbi kadrlar hazırlayan təhsil müəssisələri kursantlarının müavinətlərinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 noyabr tarixli 1789 nömrəli Sərəncamında dəyişiklik edilməsindəb bəhs edir. Sərəncamda bildirilir:

"Hərbi kadrlar hazırlayan təhsil müəssisələri kursantlarının müavinətlərinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 noyabr tarixli 1789 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, №11, maddə 978; 2008, №6, maddə 496; 2010, №7, maddə 684) 1-ci hissəsində "Ali Hərbi Dənizçilik Məktəbinin,” sözlərindən sonra "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin,” sözləri əlavə edilsin.