Baş prokuror Zakir Qaralov iki əmr imzalayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Zakir Qaralov müvafiq əmrlərlə Gəncə şəhər prokuroru Adil Vəliyev və Yasamal rayon prokuroru Həsrət Pirməmmədov səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar tutduqları vəzifədən azad ediliblər.
Hər iki şəxs Baş Prokurorluqda yeni təyinat alıblar.
Hələlik işdən çıxarılan prokurorların yerinə yeni təyinat edilməyib.