Azərbaycan prezidenti İlham Əliyev bu gün daha bir sərəncam verib. Ölkə başçısı ölkədə Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında sərəncam imzalayıb.
Mia.az-ın məlumatına görə, sərəncamda aşağıdakı göstərişlər verilib:
"1. Qarabağ atı cinsinin inkişaf etdirilməsi və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”.