Daxili işlər orqanlarında daha bir kadr dəyişikliyi olub.
Mia.az APA-ya istinadən xəbəbr verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəisi Qabil Tağıyev tutduğu vəzifədən azad edilib.
Nazirin başqa bir əmri ilə Nizami Rayon Polis İdarəsinin rəis müavini İzzət Əsgərov tutduğu vəzifədən azad edilərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.