Baş nazir Artur Rasi-zadə daha bir qanuna dəyişiklik edib. Dəyişikliyə əsasən, "Elektron xidmət növlərinin Siyahısı"na əlavələr edilib.
Nazirlər Kabinetindən verilən məlumata görə, əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi, əmək müqaviləsi bildirişləri barədə məlumatın işçilərə verilməsi və tibbi-sosial ekspert komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi elektron qaydada həyata keçiriləcək.