Milli Şura bu gün Bakıda növbəti dəfə mitinq keçirir.
Musavat.com-un verdiyi məlumata görə, Milli Şuranın bu dəfəki mitinqi bu günsaat 15:00-a təyin olunub.
"İnşaatçılar” metrosunun yaxınlığındakı "Məhsul” stadionunda keçiriləcək mitinqdə əsas şüar kimi "Siyasi məhbuslara azadlıq” tələbinin səsləndirilməsi qərara alınıb.
Mitinqdə təhlükəsizliyin və asayişin qorunması üçün aksiyanın keçirildiyi əraziyə polis əməkdaşları cəlb olunub.
Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, mitinqdən əvvəl aksiya iştirakçıları ilə jurnalistlər arasında "dəmir hasar" çəkilib. Ancaq mətbuat nümayəndələrinin kəskin etirazlarından sonra həmin "dəmir hasar" yığışdırlıb.
Milli Şuranın rəhbərlərinin mitinqə gecikdiyi bildirilir.
Xatırladaq ki, Milli Şuranın bu günkü mitinqinin keçirilməsi Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.
Musavat.com






