Azərbaycan prezidenti İlham Əliyev bu gün daha bir sərəncam verib. Ölkə başçısı Siyavuş Kəriminin "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

MİA-nın məlumatına görə, S. Kərimi Azərbaycan Respublikasında musiqi təhsili sahəsində səmərəli fəaliyyətinə görə təltif edilib.