Tanınmış tərcüməçi-yazar Nadir Qocabəylinin başına iş gəlib.
Mia.az xəbər verir ki, bir neçə saat əvvəl tərcüməçiyə məxsus olan maşının arxa şüşəsi həyətində naməlum şəraitdə sındırılıb: "Evdə oturmuşdum. Qəfil möhkəm səs eşitdim. Bayıra çıxdım və maşınımı belə vəziyyətdə gördüm. Dərhal ətrafa baxdım, küçəyə qaşdım, heç kəs yox idi. Mən bunun Bunun ya quşatan, ya da pnevmatik silahla edildiyini düşünürəm".
Tərcüməşi bildirib ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edib: "Artıq Polis Bölməsindən zəng edib, hadisə ilə maraqlanıblar. İzahat verəcəyəm. Hadisənin bilərəkdən törədildiyini düşünür və araşdırılmasını istəyirəm".
Mia.az