ANS telekanalında yayımlanan "Adam içində” verilişində qalmaqal baş verib.

Mia.az Qafqazinfo-ya istinadən xəbər verir ki, verilişdə əməkdar artist, klarnet ifaçısı Vaqif Mirzəyevlə verilişin əməkdaşı Afət Rahilqızı arasında qarşıdurma yaranıb. Canlı yayımda əsəblərinə hakim ola bilməyən klarnetçi jurnalistə qarşı sərt ittihamlar səsləndirib.