ANS PRESS-in məlumatına görə, Ərbildən yola salınan karvanda uzun mənzilli toplar, zirehli nəqliyyat vasitələri, yük maşını və təcili tibbi yardım maşınları yer alıb. Peşmərgələr isə təyyarə ilə Türkiyənin Şanlıurfa şəhərinə gedərək, oradan Kobaniyə keçəcək.
Peşmergələrin Kobaniyə nə vaxt keçəcəyi barədə dəqiq məlumat açıqlanmayıb.
Qeyd edək ki, Məsud Bərzani Kobaniyə 200 peşmərgə göndərəciyini açıqlasa da, Suriyaya 150 nəfər göndərilib.

