ANS TV-nin məlumatına görə, Kobanidə İŞİD-ə qarşı mübarizəni davam etdirmək üçün müxtəlif bölgələrdən Türkiyəyə gələn yeni peşmergə qüvvələri Şanlıurfanın Suruç bölgəsində görüşüblər. Peşmergələrin bölgəyə gəlişi yol boyunca atəşfəşanlıqla qarşılanıb. Peşmergələr daha sonra Mürşitpınar sərhəd-keçid məntəqəsindən Kobaniəyə daxil olublar.
Hazırda Kobani şəhərində İŞİD-lə peşmergə qüvvələri arasında davam edən silahlı toqquşma bu 45-ci gününə daxil olub. Bir neçə gün əvvəl yeni hücumlar təşkil edən İŞİD silahlıların yenidən mövqelərinə geri çəkildiyi bildirilir.
Türkiyə ərazisindən Kobaniyə kürd peşmergələrindən əlavə müxalif Azad Suriya Ordusu mənsublarının keçdiyi məlumat veilib.