Bu gün Prezident İlham Əliyev sərəncam verib.

Mia.az xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikasında neft və qaz sənayesi üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında xidmətlərinə görə Elmira Məmmədəmin qızı Ramazanova "Şöhrət” ordeni ilə təltif edilib.

Mia.az xəbər verir ki, E.Ramazanova texnika elmləri doktoru, professordur. O, hazırda Neft, Qaz və Kimyanın Geotexnoloji Problemləri Elmi-Tədqiqat İnstitutunun direktorudur. Bu il direktorun 80 yaşı tamam olub.