20 kilometr məsafədəki obyekti aşkarlayan və eyni anda 50 hədəfi nəzarətdə saxlaya biləcək "Forpost” radiolakasiya sistemi gələcəkdə Rusiya sərhədlərinin qorunmasında istifadə oluna bilər.

 
Axar.az RİA Novosti-yə istinadla bildirir ki, bu barədə Birləşdirilmiş Cihazqayırma Korporasiyasının mətbuat xidmətindən məlumat veriblər. Qeyd edək ki, RLS-in istehsalçısı məhz bu korporasiyanın konsernidir.   
 
"Rostex” dövlət korporosiyası "İnterpolitex-2014” dövlət təhlükəsizliyinin təminatı sərgisində bu gün sistemi təqdim edəcək.  Dörd gün ərzində seyrçilər polis və hərbi texnikaya, müdafiə və təhlükəsizliyin təmini vasitələrinə, təcili yardım üçün tibbi avadanlıqlara baxa biləcəklər.