İngiltərənin "Daily Telegraph” qəzeti suriyalı müxalif qruplardan "Thuvar Rakka”nın komandiri Əbu İsanın Urfa şəhərindən İŞİD silahlıları tərəfindən qaçırılarkən vurulduğu xəbərini yayıb.
Avropa.info-nun məlumatına görə, cümə günü Türkiyə tərəfi ilə danışıqlar aparmağa gələn Əbu İsa evə qayıdarkən avtomobilinin önü kəsilib. Komandir və oğlu 4 silahlı tərəfindən aparılıb.
Onları Suriyaya aparmağa çalışıblar.
Ancaq son aylar Türkiyə sərhədində təhlükəsiziliyin artırlması səbəbi ilə komandiri qaçırmaq mümkün olmayıb. Əbu İsa Urfada xəstəxanaya yerləşdirilib.
"Thuvar Rakka” İŞİD-ə qarşı döyüşdüyündən Əbu İsa çoxdan İŞİD-in hədəfində olub.
Bu qruplaşma İŞİD-ə qarşı savaşmaq üçün Türkiyədə yaradılan bazalarda təlim görəcək.