Bu gün Prezident İlham Əliyev iki qanun təsdiqləyib.

 Mia.az xəbər verir ki, İlham Əliyev Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” 2014-cü il iyulun 14-də Roma şəhərində qəbul edilmiş Birgə Bəyannaməni təsdiq edib. 

İlham Əliyev, eyni zamanda, Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında dəniz nəqliyyatı haqqında sazişi də təsdiq edib.