Prezident İlham Əliyev bu gün "Bələdiyyə
torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə”Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr
tarixli 1051-IVQD nömrəli Qanununun tətbiqi haqqında Fərman da verib.
Mia.az Fərmanı olduğu kimi təqdim edir:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası
Prezidentinin aktlarının "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay
müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay
müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin
Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay
müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”
Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn
öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə bələdiyyə mülkiyyətində olan
torpaqların dövlətin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı
alğı-satqı və ya icarə müqavilələrinin bağlanmasını Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilən orqan həyata keçirir.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların
"Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti”.