Oktyabrın 18-də — Azərbaycanın müstəqilliyi günündə prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncəyə çərçivəsində Cavad xan küçəsində olublar.
Dövlət başçısı və xanımı burada sakinlərlə görüşüb söhbət ediblər. 
Prezident İlham Əliyev: — Salam, necəsiniz?
Sakin: — Çox sağ olun, cənab prezident. Oğlum bayaqdan sizi görmək istəyir. Xüsusi istedadlı uşaqlar sinfində oxuyur. Sizə bir neçə dəfə internetlə məktub da göndərib.
İlham Əliyev: — Neçə yaşı var?
Sakin: — Beşinci sinifdə oxuyur.
İlham Əliyev: — Adın nədir?
Uşaq: — Adım Emindir. Müəlliməm bizə danışmışdı ki, bir dəfə bir uşaq kraliça Yelizavetə məktub yazaraq onu öz ad gününə dəvət edir. Kraliça da onun ad gününə gəlir.
Mehriban Əliyeva: — Sən də bizi çağır, gələk sənin ad gününə.
İlham Əliyev: — Əlbəttə, biz də gələrik. Sənin ad günün nə vaxtdır?
Emin: — 19 mart.
İlham Əliyev: — Novruz bayramı ərəfəsində. Çox yaxşı. Sağ olun.
Mehriban Əliyeva: — Uğurlar sizə.

Virtualorg.az