Bu gün prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Goranboya gediblər.

MİA AzərTac-a istinadən xəbər verir ki, dövlət başçısı və xanımı əvvəlcə Heydər Əliyevin Goranboy rayonunun mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev son vaxtlar rayonda görülən işlər və Heydər Əliyevin yeni ucaldılan abidəsinin ətrafında aparılan geniş abadlıq tədbirləri barədə Prezident İlham Əliyevə məlumat verib.

***

İlham Əliyev və xanımı Mehriban Əliyeva "Goranboy” paylayıcı elektrik məntəqəsində görülən işlərlə tanış olublar.

***

Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun açılışında iştirak ediblər.

Hazırda avtomobil yolunun 24 kilometrlik hissəsinin inşası başa çatdırılıb. Layihə çərçivəsində yol üzərində 15 su keçidi tikilib, 4-ü bərpa olunub. Yolun kənarında 550-yə yaxın siqnal dirəkləri yerləşdirilib. Üçüncü texniki dərəcəli yolda əhalinin və avtomobillərin rahat hərəkəti təmin olunub, kəndlərarası əlaqə asanlaşıb.