MİA.az
MENU
  • GÜNDƏM
  • SİYASƏT
  • CƏMİYYƏT
  • KRİMİNAL
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • İDMAN
  • PRESS
  • DÜNYA
  • YAZARLAR
  • ŞOU-BİZNES
  • Bağla
← Əvvəl

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətləri genişləndi - FƏRMANLAR

Prezident İlham Əliyev 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanla təsdiq edilmiş "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında yeni fərman verib. 
Mia.az xəbər verir ki, yeni fərmana əsasən Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 4, maddə 326; 2008, № 6, maddə 495, № 11, maddələr 969, 980; 2013, № 6, maddə 656) ilə təsdiq edilmiş "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”na aşağıdakı məzmunda 3.5-ci bənd əlavə edilib:
"3.5. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi reyestrlərin elektron məlumatlarından real vaxt rejimində istifadə edir”.
Mia.az onu da xəbər verir ki, bu gün İlham Əliyevin imzaladığı fərmanla "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”yə dəyişiklik edilib. Dəyişikliyə əsasən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminin elektron məlumatlarından real vaxt rejimində istifadə etmək səlahiyyəti də verilib.
2014-10-17 21:20 Bu yazı 2573 dəfə oxunmuşdur.

DİGƏR XƏBƏRLƏR

İsrail Türkiyəyə xüsusi təşəkkür edib: 2026-04-07 17:12

YENİ İŞÇİ QRUPU YARADILIR - Prezident...

2026-04-07 16:48

Prezident bu şəxsləri təltif etdi -

2026-04-07 16:48

Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - 2026-04-07 14:48

İranın Xark adasına hücum olub 

2026-04-07 14:29

İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul edib...

2026-04-07 14:24

İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident:

2026-04-07 14:22

Türkiyədə zəlzələ olub

2026-04-07 14:08

2026 mia.az Mobil versiya
Rambler's Top100