Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Fələstin Dövlətinin xarici işlər naziri Riyad əl-Malikinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mia.az xəbər verir ki, Fələstinin xarici işlər naziri Riyad əl-Maliki Prezident Mahmud Abbasın salamlarını dövlətimizin başçısı İlham Əliyevə çatdırıb. O, Azərbaycanın Fələstinə verdiyi dəstəyin və göstərilən humanitar yardımın ölkəsində yüksək qiymətləndirildiyini deyib. Riyad əl-Maliki Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə, ondan əvvəl və sonra bu dəstəyi daim hiss etdiklərini məmnunluqla qeyd edib.
Azərbaycan Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın ölkəmizə uğurlu səfərini məmnunluqla xatırladıb. Ölkələrimiz arasında dostluq əlaqələrinin yaxşı tarixə malik olduğunu vurğulayan dövlətimizin başçısı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.
Prezident İlham Əliyev Prezident Mahmud Abbasın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Fələstin Dövlətinin başçısına çatdırmağı xahiş edib.
İlham Əliyev fələstinli nazirlə görüşdü
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08