Kürdəmirdə naməlum səbəbdən Azərbaycan bayrağı yanıb.
Hadisə bu gün günorta saatlarında Kürdəmirin mərkəzində, Dövlət Bayrağı Meydanında baş verib. Bayrağın yanması nəticəsində yaranan hisdən bayraq dirəyinin də bir hissəsi qaralıb. Dərhal əraziyə çox sayda polis əməkdaşı cəlb edilib.
Əraziyə gələn Kürdəmir Rayon İcra Hakimiyyətinin əməkdaşları bayraq meydanında yanğının fəsadlarını aradan qaldrımağa çalışıb. Hələ ki bayrağın hansı səbəbdən və kim tərəfindən yandırılması məlum deyil. Hər halda yerdən bir neçə metr yüksəkdə olan bayraq öz-özünə alışıb yanmaz. Faktla bağlı araşdırma aparılır.(brifinq.com).
Onu da qeyd edək ki, bayrağın yandırılması ilə bağlı İcra Hakimiyyəti də açıqlama yayıb. Bildirilib ki, xəbər yalandır. Amma istinad edilən saytın fotosu isə İcra Hakimiyyətinin dogru açıqlama verməsinə şübhə yaradıb...