Müğənni Yaşar Cəlilov Heydər Əliyev adına Sarayın səhnəsinə çıxıb.
Mia.az-ın məlumatına
görə, o, "Bu şəhərdə” Teatrının "UZİ-n
ağ olsun” adlı konsert proqramında çıxış edib. Y.Cəlilov şou-proqramda bu ilin
sevilən mahnılarından olan "Qonşu”nu ifa
edib.
Xatırladaq ki,
kompozisiyanın sözləri Azər Şirinə, musiqisi isə Tərlan Məmmədhüseynova məxsusdur.
Qeyd edək ki,
şou-proqram "Bu şəhərdə”nin 14 illiyinə həsr edilib. Proqramda Y.Cəlilovla
yanaşı Babək Niftəliyev, Ehtiram Hüseynov, Arzu Əliyeva, Rəşad İlyasov da öz
mahnı töhfələrini tamaşaçılara təqdim ediblər.