Prezident Ilham Əliyev bu gün daha bir sərəncam imzalayıb. 

Mia.az xəbər verir ki, yeni sərəncama əsasən Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə İbad Nəsirulla oğlu Əliyevə və Eldar Xanbaba oğlu Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.