Müğənni Sabir Əhmədov döyülüb.
Tabloid.az xəbər verir ki, müğənni özünün "Facebook” profilində bu haqda yazıb. O, bildirib ki, əlbəyaxa olub. Dava zamanı müğənninin qolu ciddi zədələnib: "Dalaşmaq, sözün yüngül formasıdır. Olduqca möhkəm əlbəyaxa olmuşam. Üç sutkadır ki, ağrıdan ölürəm”.
S.Əhmədov qolunun möhkəm əzildiyini bildirib. Şəklini çəkərək, sosial şəbəkədə paylaşıb.