Azərbaycan Respublikası Nazirlər Kabineti Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında qərar qəbul edib.


Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, prezident İlham Əliyevin 2014-cü il 11 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 5.8-ci bəndinə əsasən Energetika Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfər müəyyənləşdirilib. 

Kollegiyanın sədri energetika naziri Natiq Əliyevdir.