Bir neçə rayonun icra başçısı Prezident Administrasiyasına çağrılaraq xəbərdarlıq edilib.
Bu barədə məlumatı administrasiyadakı mənbə verib. Bildirilir ki, bu il ərzində işindən ən çox narazılıq edilən, haqqında administrasiyaya şikayət ünvanlanan icra başçılarına irad bildirilib: "Hər il ənənəvi olaraq "rekordçu” icra başçıları çağrılaraq xəbərdarlıq edilir. Adətən onlara növbəti ilin ortalarınadək vaxt verilir. Özlərini düzəltməsələr, haqlarında şikayət yenə də çox olsa sərəncamları verilir”.
Mənbənin sözlərinə görə, icra
başçıları PA-da tək onların özlərindən yox, rayondakı digər qurumlardan olan
şikayətlərə görə də cavab verməli olurlar. Odur ki, aşağıda adları çəkilən
PA-ya çağrılan rayonların rəhbərlərinin vəzifələrinin bir neçə aylıq ömrü qalıb
desək, yanılmarıq. Beləliklə, mənbənin bildirdiyinə görə, bir neçə gün öncə
Ağsu, Laçın, Zərdab, Daşkəsən, Fizulu, Xocavənd, Qax, Zaqatala, Ağcabədi,
Xacmaz, Şamaxı və digər bir neçə rayonun icra başçıları administrasiyada
xəbərdarlıq alaraq işlərinin başına dönüblər(Tia.az).