Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib.

AzNews.az xəbər verir ki, bubarədə Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev deyib.

Onun sözlərinə görə, Milli Şuranın müraciətinə baxılaraq, oktyabrın 12-də saat 15:00-da keçmiş "Məhsul” stadionunda mitinqə icazə verilib: "Mitinqin keçirilməsi ilə bağlı razılıq əldə olunsa da bu haqda hələki Milli Şuraya rəsmi məktub daxil edilməyib”.
Xatırladaq ki, Milli Şuranın mitinqi bəzi QHT təmsilçilərinin həbsi ilə əlaqədardır.