Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Cəvahirli, Novruzlu, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino və Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Mia.az bildirir ki, xəbəri Müdafiə Nazirliyi yayıb. Xəbərdə deyilir ki, düşmən cavab atəşi ilə susdurulub.