Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xocəsən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Fuad Əsədullayevdən 0,35 qram marixuana götürülüb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, F.Əsədullayevin evinə baxış zamanı isə  5 kiloqram 460 qram marixuana və xaricdə istehsal olunmuş "Parad-117” markalı tapança da aşkar edilərək götürülüb.

 

Bundan başqa Bakı şəhər sakini Arzun Şükürov Yasamal Rayon Polis İdarəsinin 26-cı PB-yə müraciət edərək həmin gün ona məxsus mağazaya gəlmiş paytaxt sakini Rauf Kərimova spirtli içki satmaması ilə əlaqədar sonuncu tərəfindən tapança ilə hədələnməsini bildirib. 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Kərimov saxlanılıb. Ondan nömrəsi silinmiş "Makarov” markalı tapança götürülmüş, habelə onun sərxoş halda olması müəyyən edilib(Lent.az)