"Mən bu həyatda çox şey
görmüşəm. Nə olsun ki, 25 yaşım var. Cavanlıq etmişik! Mən sevmişəm, çox gözəl
sevmişəm, özü də”.
Mia.az xəbər verir ki,
bunu müğənni Yaşar Cəlilov Space telekanalında yayımlanan "Günaydın” verilişində
deyib. Aparıcı Vüsalə Kərimovanın sevgi haqqında sualına Y. Cəlilov etirafla
cavab verib: "Mən səmimi danışmağı xoşlayan insanam. Sevgi hörmətdir, istəkdir,
qayğıdır. Başqa heç nə yoxdur. Sevgidə rahatçılıq necə ola bilər ki, sən
sevdiyivi hər şeyə qısqanırsan. Əgər güvən, etibar olarsa, insan sevdiyini
lazımsız məslələrə görə qısqanmaz. Sevirsinizsə qısqanmalısınız. Mən sevgidə
rahatlıq görmürəm. Vallah mən öz rahatlığımı heç bir xanıma dəyişmərəm”.