Baş prokuror Zakir Qaralov yazıçı Rafiq Tağının qətli ilə bağlı açılan cinayət işinin istintaqının gedişinə münasibət bildirib. 

ANS PRESS-in məlumatına görə, baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında açıqlamasında deyib. Onun sözlərinə görə, prokurorluq orqanları bağlı qalan bütün cinayət işləri üzrə tədbirləri davam etdirir.

"Çox təəssüf ki, bu cinayət işi hələ açılmayıb və bu, bizi narahat edir. Bu ilin yalnız 9 ayında 245 qəsdən adam öldürmə ilə bağlı açılan cinayət işinin 12-si hələ bağlı qalıb. Biz daxili işlər orqanları ilə birgə bağlı qalan bütün işlər üzrə səyləri davam etdiririk”, - deyə Zakir Qaralov bildirib.

Qeyd edək ki, bu gün Azərbaycanda prokurorluq işçilərinin peşə bayramıdır. Bu münasibətlə Baş prokuror Zakir Qaralov və prokurorluğun digər rəhbər işçiləri əvvəlcə Fəxri Xiyabanda Heydər Əliyevin məzrını ziyarət ediblər. Daha sonra prokurorluq işçiləri Şəhidlər Xiyabanında şəhidlərimizin məzarlarını ziyarət ediblər. Şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyulub.

Daha sonra Zakir Qaralov jurnalistlərlə görüşərək, onları maraqlandıran sualları cavablandırıb.