Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, düşmən cavab atəşi ilə susdurulub.