Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, Azərbaycan Dövlət İqtisadd Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyev yenidən məhkəməyə verilib. 

Bu barədə Mia.az-a İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Bədirxan Musayev məlumat verib. Onun sözlərinə görə, 2011-ci ildə Şəmsəddin Hacıyev onu həm rektorun müşavirliyindən, həm də 40 il rəhbərlik etdiyi «İqtisadi Kibernetika» kafedrasının müdiri vəzifələrindən qanunsuz azad edib: «Bununla bağlı çoxsaylı məhkəmə iclasları keçirilib və bu zaman mənə aydın olub ki, keçmiş rektor onunla bağlı ciddi sənəd saxtalaşdırılmasına yol verib. Şəmsəddin Hacıyevin rəhbərliyi və göstərişi ilə mənim barəmdə ciddi sənəd saxtakarlığına yol verilib. Buna görə də onu məhkəməyə verdim». 

B.Musayevin sözlərinə görə, sənəd saxtakarlığından bəhs edən iddia ərizəsi artıq Nəsimi rayon Məhkəməsinə təqdim olunub.

 Xəbər və iddia ərizəsiylə bağlı komitə sədrinin fikirlərini də dinləməyə hazırıq. 

Mia.az