ANS TV-nin məlumatına görə, Baxışlılar ailəsi iki şəhid verib. Allahverdinin atası Əbülfəz Baxışlı 1994-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub.
Hacıqabulda şəhidin dəfn mərasimində diqqətdən bir məsələ yayınmayıb.
Ailə başçısından sonra, evin tək kişisini və oğulunu itirən Baxışlı ailəsi, illərdir bu evdə qalır. Bu vəziyyətdə yaşayan ailə, ötən gecədən başlayaraq küçəyə çınqıl tökülməyə, evə döşəmə düzülməyə başlanıldığını deyir. Şəhidin dəfni zamanı rayon icra başçısına sərt etiraz bildirilib.