Ermənistan tərəfi Kəlbəcərdə girov götürdükləri azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üçün vəkil ayırıb.
ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, vəkil əslən Qarabnağdan olan Arkadi İsraerlyan adlı şəxsdir. Vəkilin saxlanılan şəxslərlə görüşdüyü ancaq istintaq sirri olduğu üçün onlarla danışığının detallarını açıqlamadığı deyilir.
Xatırladaq ki, ermənilər Kəlbəcər rayonunun ərazisində yaxınlarını qəbirlərini ziyarətə getmiş 3 nəfər azərbaycanlıya hücum ediblər. Onlardan biri öldürülüb, ikisi isə saxlanılıb. Ermənilər onların diversant olduğunu iddia edir. Dünən yayılan xəbərdə isə ermənilər öldürülərək Qarabağda basdırılan Həsənin meyidini qaytarmağa hazır olduqlarını bildirmişdilər.
Ermənilərdən növbəti həyasızlıq, girovlara vəkil ayırdılar
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08