“Əgər danışıqlarda irəliləyiş olarsa, Prezident Donald Tramp İrana qarşı  daha sərt hücumla bağlı verdiyi müddəti uzadacaq”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı ABŞ-ın etibarlı qaynaqlarlındna sayılan “Axios” xəbər platforması yazıb.

Nəşrin yazısına görə, İranın enerji obyektləri və körpülərini hədəf alan birgə ABŞ-İsrail hücum planı hazırlanıb: “Planının icrası üçün Trampın təsdiqi qalıb. Əgər Prezident razılaşma ehtimalını görsə, çox güman ki, gözləyəcək”.

Məlumatda deyilir ki, İrandan gözləniilən nəticədni hələlik əldə edə bilməyən Tramp olduqca qəzəblidir və bu səbəbdən bu savaşdan qürurlu ayrılmaq üçün fürsət axtarır: “İndi elə vəziyyət yaranıb ki, Trampın qəzəbi qarşısında Müdafiə naziri Pit Heqset və Dövlət katibi Marko Rubio "sülh göyərçini" saymaq olar”.

Xatırladaq ki, Tramp İrana 8 aprelBakı vaxtı ilə saat 04.00-dək Hörmüz boğazını açmaq üçün vaxt verib. Bldirib ki, əgər bu müddətə qədər açılmayacaqsa, İranın elektrik stansiyalarına qədər hər şey bombalanacaq.

Samir MUSAYEV
MİA.AZ