İranın israilin Hayfa şəhərinə hücumunda ölənlər var.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrailin “Times of Israel” qəzeti yazıb.

Qəzetin xəbərinə görə, İranın ballistik raketinin vurulduğu ərazidə binaa çöküb: “Saatlarla aparılan xilasetmə işləri nəticəsində dağıntılar altından iki nəfərin cəsədi çıxarılıb. Axtarış hələ də davam edir. Ölü sayının artması gözlənilir”

“Times of Israel” qəzeti yazıb ki, İsrailin hava hücumundan müdafiə sistemləri İranın bu raketini zərərsizləşdirə bilməyib.

Tahir Şəlvəli
MİA.AZ