Pakistan vasitəsiylə Amerika ilə danışıqdan geri çəkilən iran Amerikanın 48 saatlıq atəşkəs istəyinə də "yox" deyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Vaşinqton administrasiyası bu gün belə bir tələblər rəsmi Tehrana mesaj göndərib, lakin "yox" cavabı alıb.
Məlumatda deyilir ki, İran atəşkəs deyil, ölkəsinə vurulmuş zərərin ödənilməsi və bir daha ölkəsinə hücum olunmayacağına təminat şərtiylə sülh sazişi istəyir.
Bu barədə İranın Fars Xəbər Agentliyi məlumat yayıb. Xəbərdə qeyd edilir ki, Tehran rejiimi ABŞ-ın atəşkəs tələbini qarşı tərəfərin "vaxt qazanmaq üçün manevr"i hesab edir: "ABŞ-ın bölgədəki bazalarına və İsrailə hücumlar şərtlərimiz yerinə yetirilməyincə dayanmayacaq".
Xatırladaq ki, İranın Pakistanın vasitəçiliyi ilə ABŞ-la gedən danışıqları da dayandırdığı xəbəri yayılıb.
Samir MUSAYEV
Mia.az