ABŞ prezidenti Donald Tramp İranı növbəti dəfə təhdid edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, İranın infrastrukturlarının məhvinə hazırlaşdıqlarını gizlətməyib: "Dünyanın ən böyük və ən güclü ordusu olan ordumuz İranda qalanları hələ məhv etməyə belə başlamayıb".
O əlavə edib ki, növbəti hədəfləri körpülər və sonra elektrik stansiyalarıdır: “Yeni rejim rəhbərliyi nəyin edilməli olduğunu və nəyin tez bir zamanda edilməli olduğunu bilir"
Firudin Səfərli
Mia.az