ABŞ kəşfiyyatı maraqlı hesabat açıqlayıb. Hesabata əsasən, İrana bir aydan çoxdur zərbələr endirilsə də, silah sənayesi arzuolunan səviyyədə çökməyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hesabatda beş həftə ərzində İrandakı hərbi hədəflərə intensiv hava hücumlarına baxmayaraq, Tehranın raket buraxılış məntəqələrinin təxminən yarısının toxunulmaz qaldığı və kifayət qədər yeni nəsil raketlərinin mövcudluğu etiraf edilib.

Hesabatda o da qeyd olunub ki, İran ordusunun istifadəsində hələ də minlərlə kamikadze dronlar var.

Kəşfiyyat liderlərinin ölümü və xeyli hədəflərin vurulmasının İranın gücünü azaltdığı vurğulansa da, Tehran rejiminin hələ də regionda əhəmiyyətli dağıntılara səbəb ola biləcək hərbi gücə malik olduğu qırmızı xətlə qeyd edilib.

Firudin Səfərli
Mia.az